DoldurDoldur Tətbiqi endir

İstifadə şərtləri

Son yenilənmə: 24 sentyabr 2026

Qısaca

Doldur məlumat xidmətidir: şarj stansiyalarının yerini, statusunu və təxmini xərcini göstərir. Doldur elektrik enerjisi satmır və stansiyaları işlətmir.

Xidmətin təsviri

Tətbiq üçüncü tərəf operatorların (iVolt, Azərişıq, TOK, Charge.az, Touch Station, Gofar və b.) stansiyalarını bir xəritədə göstərir. Şarj müqaviləsi sənin ilə operator arasındadır.

Məlumatın dəqiqliyi

Status və qiymət operatorların açıq mənbələrindən və AYNA dövlət reyestrindən gəlir. Canlı status hər operatorda yoxdur. Biz məlumatın nə vaxt yeniləndiyini həmişə göstəririk və köhnə datanı təzə kimi təqdim etmirik.

Buna baxmayaraq real vəziyyət fərqli ola bilər: stansiya sıradan çıxa, qiymət dəyişə, giriş bağlana bilər. Təxmini xərc hesablamadır, zəmanət deyil.

Ödənişlər

Doldur ödəniş qəbul etmir və şarjı uzaqdan başlatmır. Şarj və onun ödənişi operatorun öz tətbiqində və ya stansiyada aparılır — ödənişlə bağlı müraciət operatora ünvanlanır.

Doldurun göstərdiyi xərc operatorun açıqladığı tarifə əsaslanan təxmini hesablamadır; yekun məbləği operator müəyyən edir.

Hesabın

Bu qaydaları pozan hesabı dayandıra bilərik.

Məsuliyyət

Doldur məlumat xidmətidir. Stansiyanın işləməməsi, gözləmə, qiymət fərqi və ya operatorun xidməti ilə bağlı zərərə görə məsuliyyət daşımırıq. Bu, qanunla məcburi olan hüquqlarını məhdudlaşdırmır.

Əqli mülkiyyət

Tətbiqin dizaynı, mətnləri və proqram kodu Protech LLC-yə aiddir. Maşınların şarj gücü məlumatı open-ev-data (MIT) mənbəyindən götürülüb və atribusiya tətbiqin içində göstərilir.

Dəyişikliklər və əlaqə

Şərtlər dəyişəndə tarixi yeniləyirik. Mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə həll olunur.

Əlaqə: info@pro-tech.az