Azərbaycanda EV şarj xəritəsi
Ən yaxın deyil — ən sərfəli
Şarjdan əvvəl bil: harada, neçə manata, hansı tətbiqlə. Maşınına görə tam xərc və batareyaya görə marşrut planı.
Xəritə brauzerdə qeydiyyatsız açılır · tətbiq pulsuzdur · az / ru / en
-
iVOLT Dərnəgül HUB
0,22 ₼hər kWh · 40 kWh ≈ 8,80 ₼
-
Dernegul M/S
0,28 ₼hər kWh · 40 kWh ≈ 11,20 ₼
-
BAKU AUTO MALL BABƏK PROSPEKTİ
0,28 ₼hər kWh · 40 kWh ≈ 11,20 ₼
Ölçü: 23 noyabr 2026, 06:10 (Bakı). Operatoru canlı status verən, tarifi köhnəlməmiş DC məkanlar. Boş/məşğul vəziyyəti bu statik siyahıda göstərilmir — canlı vəziyyət xəritədədir.
Hamısı xəritədəRəqəmlər Doldur bazasındandır, 23 noyabr 2026 tarixinə.
3 addım
Necə işləyir
- 01
Xəritəni aç
550-dan çox şarj məkanı fiş-formalı markerlərlə: güc, soket uyğunluğu və — operator verirsə — canlı status.
- 02
Tam xərci gör
Enerji + yol + gözləmə. Hesablama açıqdır — hansı rəqəm haradan gəlir, görürsən.
- 03
Get və şarj et
Naviqasiya Waze/Google/Apple-a ötürülür, şarj operatorun tətbiqində başlayır. Sonra bir toxunuşla rəy ver.
Tam xərc
Tam xərc — gizli rəqəm yoxdur
Kilovat qiyməti aldadıcıdır. Doldur enerji, yol və gözləmə ehtimalını birlikdə hesablayır — və hesablamanı açıq göstərir.
- Maşınına görə real şarj əyrisi
- Soket uyğunluğu + adapter xəbərdarlığı
- Uzun yolda batareyaya görə dayanacaq planı
40 kWh şarj: 7,60 ₼-dan 16,00 ₼-dək.
Bazadakı tariflər stansiyadan asılı olaraq 0,19–0,40 ₼/kWh arasındadır (18 noyabr 2026). Eyni şarj ən yaxın stansiyada iki dəfə baha ola bilər — ona görə Doldur yaxınlığı yox, tam xərci sıralayır.
Nümunə hesablama
BYD Atto 3 · 20% → 80%
60,5 kWh batareya · ELEKTRA AZ DC 120 kW · 0,28 ₼/kWh
- Enerji · 40,3 kWh × 0,28 ₼
- 11,29 ₼
- Yol · 2 km kənara (gediş-dönüş 4 km)
- 0,16 ₼
- Cəmi ödəniş
- 11,45 ₼
- Vaxt · şarj ~33 dəq + yol 10 dəq
- 43 dəq
- Stansiya məşğuldursa · gözləmə ehtimalı
- +20 dəq
40,3 kWh = batareyaya düşən 36,3 kWh ÷ 90% şarj səmərəliliyi. Vaxt pula yazılmır, amma sıralamada nəzərə alınır. Tarif: ELEKTRA AZ, 18 noyabr 2026. Hesablama Doldurun öz xərc mühərriki ilə aparılıb.
Öz maşınınla hesablaTərəfsiz müqayisə
Operatorlar, tək xəritə
Doldur şarj satmır — düzgün məlumat verir və səni operatorun öz tətbiqinə yönləndirir. Ona görə tərəfsizik.
Məkan sayı Doldur bazasındandır (23 noyabr 2026): adı bilinən operatorlarda 465 məkan, daha 94 məkanın operatoru mənbədə göstərilməyib — onlar da xəritədədir. Məkan — xəritədəki bir nöqtə; stansiya — şarj cihazı (yalnız operatorun öz mənbəsi verəndə yazılır, təxmin edilmir); soket — maşını taxdığın şnur, hamısında göstərilir. «Canlı status» — operator boş/məşğul məlumatını açıq verir.
Doldur bloqu
EV sürücüləri üçün praktik bələdçilər
Soketlər, qiymətlər və uzun yol planları — qısa, dəqiq, Azərbaycan reallığına uyğun.
Azərbaycanda EV şarj qiymətləri — operator-operator
Hər operatorun tarif aralığı, neçə məkanda qiymət məlumatı olduğu və 20→80% şarjın təxmini dəyəri — rəqəmlər 18 noyabr 2026 tarixinə Doldur bazasındandır.
Yazını oxu → BələdçiSoket növləri: CCS2, GB/T, Type 2 — maşınına hansı uyğundur
Stansiyaya getməzdən əvvəl maşınının yuvasını bil. Əsas standartlar, AC ilə DC fərqi və adapterlə bağlı vacib məhdudiyyət.
Yazını oxu → Marşrut planıUzun yol: batareyaya görə dayanacaq planı
Hansı faizlə çıxmaq, harada dayanmaq və qışda nəyə diqqət etmək. Öz maşının üçün dəqiq planı marşrut qurub gör.
Marşrutu vebdə qur →Suallar
Tez-tez soruşulanlar
Doldur pulludur?
Xeyr. Xəritə, qiymətlər, marşrut planı — hamısı pulsuzdur. Doldur şarj satmır, məlumat verir.
Şarjı Doldurdan başlada bilərəm?
Xeyr. Doldur şarjı uzaqdan başlatmır və ödəniş qəbul etmir. Şarjı stansiyada operatorun öz tətbiqi ilə başladırsan; Doldur harada və neçəyə olacağını əvvəlcədən göstərir, sonra kWh və məbləği jurnala yazmağa kömək edir.
Statuslar nə qədər dəqiqdir?
Canlı status yalnız operator onu açıq verəndə var (hazırda iVolt, ELEKTRA AZ və Electrify.az şəbəkələrində). Digər məkanlarda «bilinmir» yazırıq. Statusun yaşını açıq göstəririk: tətbiqdə 15 dəqiqədən köhnə statusun yanında «N dəq əvvəl» yazılır; veb xəritədə yenilənmə vaxtı həmişə yazılır, 15 dəqiqədən köhnəsi «köhnə ola bilər» kimi işarələnir — köhnə datanı təzə kimi satmırıq.
Maşınım siyahıda yoxdursa?
87 marka, 438 model var — Çin idxalı GB/T soketləri ilə birlikdə. Yoxdursa, batareya həcmini əl ilə yaza bilərsən.
İnternetsiz işləyir?
Bəli. Xəritə keşdən açılır, son bilinən statuslar "N dəq əvvəl" işarəsi ilə göstərilir.
Tətbiqi yükləmədən istifadə edə bilərəm?
Bəli. Xəritə, məkanın tam xərci, marşrut planı və operatorlar brauzerdə doldur.pro-tech.az/xerite/ ünvanında açılır — bunlar üçün qeydiyyat lazım deyil.
Tətbiqi endir
Pulsuz · az / ru / en · internetsiz də işləyir.