Məzmuna keç
DoldurDoldur
Xəritə Marşrut Operatorlar Bloq Suallar
Tətbiqi endir Daxil ol
Doldur/Məxfilik siyasəti

Məxfilik siyasəti

Son yenilənmə: 20 noyabr 2026

Qısaca

Doldur şarj satmır və ödəniş qəbul etmir — məlumat verir. Reklam şəbəkəsi, reklam identifikatoru və reklam məqsədli profilləşdirmə yoxdur. Hansı funksiyaların işə yaradığını ölçmək üçün anonim istifadə statistikası toplanır (öz serverimiz və 1.0.9 versiyasından PostHog, AB) — istənilən vaxt söndürülə bilər.

Xəritə, xərc hesablaması və marşrut üçün qeydiyyat lazım deyil. Hesab yalnız şarj jurnalı, favoritlər və rəylər üçündür. Giriş e-poçt kodu, Google ilə və ya Apple ilə olur.

Kart məlumatı toplamırıq. Tətbiqdə ödəniş funksiyası yoxdur; şarjın haqqını operatorun öz tətbiqində ödəyirsən.

Kim məsuldur

Bu tətbiqi və saytı Protech LLC işlədir. Məxfiliklə bağlı suallar üçün: info@pro-tech.az.

Giriş və hesab

  • E-poçt kodu — e-poçt ünvanını yazırsan, ora birdəfəlik kod göndəririk, kodu tətbiqdə daxil edirsən. Parol lazım deyil.
  • Google ilə giriş — Google bizə hesabının e-poçt ünvanını, adını və Google identifikatorunu ötürür. Google parolunu görmürük.
  • Apple ilə giriş — Apple bizə identifikator, e-poçt və (ilk girişdə, icazə versən) adını ötürür. «E-poçtu gizlət» seçsən, Apple-ın yönləndirmə ünvanı gəlir.
  • Köhnə hesablar — əvvəl telefon nömrəsi ilə yaradılmış hesablar nömrə və parolla girməyə davam edir. Telefonla yeni qeydiyyat bağlıdır.

Hansı məlumatı toplayırıq

MəlumatNə vaxtNiyəHarada saxlanılır
E-poçt ünvanıE-poçt kodu ilə girəndə və ya Google/Apple hesabındanHesabın girişi, giriş kodunun göndərilməsiServerdə, hesabı silənə qədər
AdGoogle və ya Apple ilə girəndə (onlar ötürsə)Profildə göstərməkServerdə, hesabı silənə qədər. Profildə əl ilə yazdığın ad yalnız cihazında qalır
Hesab identifikatoru (Google/Apple id daxil)Hesab yaradandaHesabı tanımaq, məlumatı hesabına bağlamaqServerdə, hesabı silənə qədər
Telefon nömrəsi və parolYalnız köhnə hesablar (əvvəl telefonla yaradılmış)Köhnə hesabın girişi. Parol açıq mətnlə saxlanılmır — yalnız birtərəfli hashServerdə, hesabı silənə qədər
Dəqiq və təxmini məkanTətbiq açıq olanda, icazə versənYaxın stansiyalar, məsafə, yol xərci, marşrutBazamıza yazılmır; sorğu anında istifadə olunur (bax: «Məkan»)
Ünvan axtarışıMarşrut üçün ünvan axtarandaÜnvanı xəritədə tapmaqSaxlanılmır; mətn xəritə provayderinə gedir
Maşın modeli, batareya faiziQarajda seçəndəSoket uyğunluğu, şarj müddəti və xərc hesabıCihazda; hesaba girişlisənsə maşın serverdə də
Şarj jurnalı (stansiya, kWh, məbləğ, vaxt)Şarjı qeyd edəndəTarixçə və aylıq xülasəServerdə, hesabı silənə qədər
Favorit stansiyalarUlduza basandaŞəxsiləşdirməServerdə
Rəy, şəkil, yeni stansiya təklifiRəy yazanda və ya stansiya təklif edəndəİcma məlumatı (rəyi hamı görür; müəllif kimliyi göstərilmir)Serverdə
Bildiriş (push) tokeniBildirişə icazə verəndəBildirişin çatdırılmasıServerdə
İstifadə hadisələri və quraşdırma id-siTətbiqdən istifadə edəndə (söndürülə bilər)Hansı funksiyaların işə yaradığını ölçməkServerdə 180 gün
Xəta hesabatı (diaqnostika)Tətbiq xəta verəndəXətaları tapıb düzəltməkSentry (ABŞ)

Məkan

Məkan icazəsi verəndə koordinatın serverə yalnız sorğu anında göndərilir: yaxın stansiyaları sıralamaq, məsafəni və yol xərcini hesablamaq, marşrut qurmaq üçün. Koordinat bazaya yazılmır, istifadə statistikasına və xəta hesabatına düşmür. Arxa fonda məkan istifadə edilmir. İcazə verməsən xəritə və hesablama işləyir, sadəcə məsafə sənin yerindən hesablanmır.

Yeni stansiya təklif edəndə göstərdiyin nöqtə (stansiyanın yeri) təkliflə birlikdə saxlanılır.

İstifadə statistikası

Tətbiq öz serverimizə qısa hadisə qeydləri göndərir: məsələn «marşrut quruldu», «stansiya açıldı», hadisənin vaxtı, tətbiq versiyası və platforma. Hər quraşdırma üçün təsadüfi yaradılan bir identifikator işlədilir — reklam identifikatoru deyil, yenidən quraşdırmada dəyişir.

Telefon, ad, koordinat və ünvan bu qeydlərə düşmür (server belə sahələri atır), IP ünvanı öz serverimizdə saxlanılmır. Hesaba girişlisənsə öz serverimizdəki qeydlər hesabına bağlanır və hesab silinəndə silinir; həmin qeydlər 180 gündən sonra avtomatik silinir.

PostHog (1.0.9 versiyasından). Eyni hadisələrin nüsxəsi (hadisənin adı, açılan ekranın növü — məsələn «stansiya», konkret stansiya yox — tətbiq versiyası, platforma və quraşdırmanın təsadüfi identifikatoru) Aİ-də yerləşən PostHog məhsul analitikası xidmətinə (eu.i.posthog.com) göndərilir. Bundan əlavə PostHog-un tətbiqdəki kitabxanası tətbiqin açılması, arxa plana keçməsi və quraşdırılması kimi avtomatik hadisələri də göndərir. Hesabın, adın, e-poçtun, telefonun və koordinatın PostHog-a getmir, istifadəçi profili yaradılmır, ekran yazısı (session replay) aparılmır. PostHog-da IP ünvanı saxlanılmır (layihədə IP anonimləşdirmə açıqdır). PostHog bizim adımıza işləyən xidmət təminatçısıdır, məlumatı reklam üçün istifadə etmir. Statistikanı söndürəndə hər iki kanal birlikdə dayanır.

Söndürmək: Profil → «İstifadə statistikası». Söndürüləndə növbədəki qeydlər silinir və statistika göndərilmir. Bir istisna var: tətbiq xəta verəndə Sentry-yə gedən xəta hesabatına son hadisələrin adları və açılan ekranın növü (məsələn «/station/:id» — konkret stansiya yox) diaqnostika üçün əlavə oluna bilər; bu, statistika açarından asılı deyil (bax: «Xəta hesabatları»).

Sayt və veb xəritə (doldur.pro-tech.az, 19 noyabr 2026-dan). Saytda hansı səhifələrə baxıldığını, ziyarətçinin haradan gəldiyini (yalnız mənbə saytın adı — məsələn «google», və ya linkdəki utm etiketi) və Google Play / App Store düymələrinə klikləri sayırıq; veb xəritədə tətbiqdəki kimi stansiya açılışı, naviqasiya, marşrut və giriş sayılır. Bu qeydlər yalnız öz serverimizə (Supabase, AB) gedir, PostHog-a və başqa üçüncü tərəfə göndərilmir. Veb xəritə açılanda brauzer xəritə kitabxanasını və xəritə şəkillərini kənar serverlərdən yükləyir — onlar aşağıdakı «Kimlə paylaşırıq» cədvəlindədir. Cookie istifadə edilmir: brauzerin yaddaşında (localStorage) yalnız təsadüfi cihaz identifikatoru saxlanılır ki, eyni ziyarətçi iki dəfə sayılmasın. Ad, e-poçt, telefon, koordinat və tam keçid ünvanı yazılmır, IP saxlanılmır; qeydlər 180 gündən sonra silinir. Veb xəritəyə girişlisənsə qeydlər hesabına bağlanır. Brauzerində «Do Not Track» və ya Global Privacy Control açıqdırsa, saytdan heç bir qeyd göndərilmir.

Bildirişlər

Bildirişə icazə versən cihazın bildiriş tokeni (Android-də Google FCM, iOS-da Apple APNs) serverimizdə saxlanılır — yalnız bildirişi sənə çatdırmaq üçün. İcazəni telefonun ayarlarında istənilən vaxt geri götürə bilərsən.

Xəta hesabatları

Tətbiq çökəndə və ya xəta verəndə texniki hesabat Sentry xidmətinə (ABŞ) gedir: xətanın təsviri, cihaz modeli, əməliyyat sistemi və tətbiq versiyası. Ad, telefon, e-poçt və məkan göndərilmir; istifadəçi və IP məlumatı ötürülmür (sendDefaultPii=false). Sayt da brauzer xətalarını Sentry-yə göndərir — kuki işlədilmir.

Hansı icazələri istəyirik

  • Məkan (yalnız tətbiq açıq olarkən) — yaxın stansiyaları göstərmək və məsafə/xərc hesablamaq üçün.
  • Kamera və qalereya — yalnız rəyə və ya stansiya təklifinə şəkil əlavə edəndə.
  • Bildiriş — xəbərdarlıqlar üçün.

Hər birini rədd edə bilərsən — tətbiq işləməyə davam edir, yalnız həmin funksiya bağlanır.

Kimlə paylaşırıq

KimNə üçünNə gedir
Supabase (hostinq və giriş, AB — Frankfurt)Server, baza, giriş kodu məktubunun göndərilməsiYuxarıdakı serverdə saxlanılan məlumatlar
Google (Google ilə giriş) və Apple (Apple ilə giriş)Girişin təsdiqiGiriş sorğusu; onlar bizə e-poçt, ad və identifikator ötürür
PostHog (AB, 1.0.9 versiyasından)Anonim məhsul statistikasıHadisə adı (tətbiqin açılması / arxa plana keçməsi / quraşdırılması daxil), ekran növü, tətbiq versiyası, platforma, quraşdırmanın təsadüfi id-si. IP saxlanılmır. Hesab, ad, e-poçt, telefon və koordinat göndərilmir
Sentry (ABŞ)Xəta diaqnostikasıXətanın texniki təsviri, cihaz modeli, OS və tətbiq versiyası. Telefon, ad, e-poçt və məkan göndərilmir
MapTiler və ya Google Maps Platform (xəritə)Xəritə şəkilləri və ünvan axtarışıCihazın IP ünvanı, baxdığın xəritə sahəsi, axtardığın ünvan mətni (birbaşa cihazdan)
Veb xəritə (doldur.pro-tech.az/xerite/) üçün kənar kod və xəritə serverləri: unpkg.com (MapLibre xəritə kitabxanası), esm.sh (Preact, htm, Supabase JS kitabxanaları), MapTiler (əsas xəritə) və OpenFreeMap (ehtiyat xəritə); Google və ya Apple ilə girişi seçəndə accounts.google.com və appleid.cdn-apple.comVeb xəritəni brauzerdə açmaq, xəritə şəkillərini göstərmək, girişi təsdiqləməkBrauzerin IP ünvanı və standart sorğu məlumatı (bu serverlər faylı verərkən görür); xəritə serverləri baxdığın xəritə sahəsini də görür. Hesab məlumatı onlara göndərilmir
Marşrut serverləri: Google Routes API (əsas) və OSRM (ehtiyat)Yol məsafəsi və müddətinin hesablanmasıYalnız marşrutun başlanğıc və son nöqtəsinin koordinatları — hesab məlumatı getmir
Google (FCM) və Apple (APNs)Bildirişin çatdırılmasıCihaz tokeni
Google Maps / Waze / Apple Xəritələr«Naviqasiya» basandaStansiyanın koordinatı həmin tətbiqə ötürülür (onların öz məxfilik şərtləri ilə)

Bunlar bizim adımıza işləyən xidmət təminatçılarıdır. Şarj operatorlarına heç nə göndərmirik. Məlumatı satmırıq və reklam məqsədilə paylaşmırıq.

Nə qədər saxlayırıq

  • Hesab, şarj jurnalı, favoritlər, maşınlar, rəylər — hesabı silənə qədər
  • Silinmiş hesab — 30 gün bərpa müddəti, sonra həmişəlik silinir (bax: «Hesabı silmək»)
  • İstifadə statistikası — 180 gün
  • Stansiya status tarixçəsi (şəxsi məlumat deyil) — 7 gün

Hesabı silmək

Tətbiqdə: Profil → Hesabı sil.

  • Dərhal: hesab bağlanır və bütün cihazlarda çıxış edilir; bildiriş tokeni, istifadə statistikası və rəy/stansiya təklifi şəkillərin silinir.
  • 30 gün sonra (bərpa müddəti): e-poçt, ad, telefon, hesab identifikatoru, rəylər, favoritlər və maşınlar həmişəlik silinir. Şarj jurnalı qeydləri və stansiya təklifləri hesabdan ayrılır — kimə aid olduğu bilinməyən anonim qeyd kimi qalır.

Tətbiqə girə bilmirsənsə: hesabın e-poçt ünvanından (köhnə hesabdırsa — telefon nömrəsini yazaraq) info@pro-tech.az ünvanına «Hesabı sil» mövzusunda məktub göndər. Sahibliyi yoxlayıb 30 gün ərzində silirik və cavab yazırıq. Hesabı silmədən yalnız müəyyən məlumatın silinməsini də eyni ünvandan istəyə bilərsən.

Hüquqların

  • Məlumatına baxmaq və nüsxəsini istəmək
  • Səhv məlumatı düzəltmək
  • Hesabı silmək — yuxarıdakı «Hesabı silmək» bölməsi
  • İstifadə statistikasını söndürmək — Profil
  • Bildirişlərdən imtina etmək
  • Məkan icazəsini istənilən vaxt geri götürmək

Müraciət üçün: info@pro-tech.az. 30 gün ərzində cavab veririk.

Təhlükəsizlik

Bütün əlaqə HTTPS ilə şifrələnir. Baza sətir səviyyəsində qorunur (RLS) — hər istifadəçi yalnız öz məlumatını görür. Giriş sessiyası cihazda şifrəli yaddaşda (iOS Keychain, Android şifrəli saxlama) saxlanılır.

Uşaqlar

Doldur sürücülər üçündür və 18 yaşdan kiçiklər üçün nəzərdə tutulmayıb.

Dəyişikliklər

Bu siyahı dəyişəndə tarixi yeniləyirik və mühüm dəyişiklikdə tətbiqdə bildiriş göstəririk.

Doldur

Azərbaycanda EV şarj xəritəsi. Ən yaxın deyil — ən sərfəli.

Google Play App Store
Məhsul Xəritə Marşrut planı Operatorlar
Resurslar Bloq Suallar Məxfilik siyasəti İstifadə şərtləri
Əlaqə info@pro-tech.az +994 99 369 53 33 Protech LLC
© 2026 · doldur.pro-tech.az PROTECHDoldur — Protech LLC məhsuludur Doldur şarj satmır — məlumat verir.